12px14px16px18px

Qanunsuz ovla məşğul olanlar cərimələniblər

01:50 / 03.03.2012
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti qurumlarının əməkdaşları tərəfindən ölkə ərazisində qansuz ovla məşğul olanların qarşısının alınması məqsədilə növbəti reydlər keçirilib. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, fevralın 18-27 tarixlərində aparılan reydlər zamanı, ümumilikdə, qanunsuz ov edən 56 nəfərdən 53 ədəd ov tüfəngi, 88 ədəd quş və 200 ədəd patron götürülərək müvafiq qaydada aktlaşdırılıb. Qanun pozuntusuna yol vermiş şəxslər barəsində inzibati qaydada, ümumilikdə 12000 manat məbləğində cərimə tətbiq edilib. Müvafiq sənəd təqdim etməyən qanun pozucularının şəxsiyyətlərini müəyyənləşdirmək üçün aidiyyəti Rayon Polis Şöbələrinə müraciət olunub. Qeyd edək ki, nazirliyinin aidiyyəti qurumları tərəfindən qanunsuz ov hallarının qarşısının alınması ilə əlaqədar reydlər davam etdirilir.
BƏXTİYAR


Bu yazı ( 190 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar