12px14px16px18px

Ölkəmiz Vilnüsdə keçirilən beynəlxalq turizm sərgisində təmsil olunur

01:50 / 03.03.2012  
Dünən Vilnüs (Litva) şəhərində keçirilən “VİVATTUR 2012” beynəlxalq turizm sərgisi işə başlayıb. “APA”nın xəbərinə görə, tədbirdə Azərbaycanın turizm potensialının təbliğ olunması məqsədilə 25 kv. m sahə icarəyə götürülüb. Guşə sərgi ziyarətçilərinə və iştirakçılarına təqdim etmək üçün ingilis və rus dillərində 20 adda müxtəlif növ reklam-çap məhsulları, eləcə də digər təbliğat materialları ilə təmin olunub. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ikinci dəfədir ki, “VİVATTUR” beynəlxalq turizm sərgisində iştirak edir. Sərgiyə ölkəmizlə yanaşı, 17 ölkədən 192-yə yaxın şirkət təmsil olunur. Bu ölkələrin sırasında Belarus, Xorvatiya, Çexiya Respublikası, Estoniya, Latviya, İndoneziya, İsrail, Moldova, Nepal, Polşa, Türkiyə, BƏƏ və bir çox yerli və xarici turizm şirkətləri də qatılıb. “Visus Plenus” şirkətinin təşkilatçılığı ilə keçirilən sərgi Litva vaxtı ilə saat 10.00-da işə başlayıb. Sərgi iştirakçıları və Litva tərəfi Azərbaycanın stendinə böyük maraq göstərir. Litva mətbuatı artıq həm də “Eurovision” ölkəsi kimi tanınan Azərbaycanın turizm potensialına və mədəni dünyasına yaxından maraq göstərir. Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə Azərbaycanın sərgidəki stendinə təşrif buyurub. Diplomat Litvada Azərbaycana çox böyük marağın olduğunu, Azərbaycan-Litva mədəni münasibətlərinin yeni mərhələsinin başlandığını söyləyib.


Bu yazı ( 193 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar