12px14px16px18px

Dünya Bankının Azərbaycana investisiyaları azalıb

01:49 / 03.03.2012
Bu ilin yanvar ayı ərzində Dünya Bankı (DB) tərəfindən Azərbaycanda əsas kapitala yönəldilən investisiyaların həcmi 16 600,8 min manat təşkil edib. Dövlət Statistika Komitəsindən “APA”ya verilən məlumata görə, DB tərəfindən yatırılan investisiyanın həcmi əvvəlki ilin analoji ayına nisbətən 43,7 faiz azalıb. Hesabat ayında xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanda əsas kapitala yönəldilmiş xarici investisiyanın həcmində DB-nın investisiyalarının xüsusi çəkisi 6,8 faiz olub. Qeyd edək ki, Azərbaycan DB ilə 1992-ci ildən əməkdaşlıq edir. Ötən müddət ərzində bank 43 layihənin icrasına Azərbaycana 2 969,0 mln. ABŞ dolları məbləğində maliyyə yardımı göstərib.


Bu yazı ( 173 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar