12px14px16px18px

Azərbaycan beynəlxalq informasiya texnologiyaları sərgisində iştirak edəcək

01:48 / 03.03.2012
Martın 6-10-da Hannoverdə (Almaniya) “CeBIT 2012” beynəlxalq informasiya texnologiyaları sərgisi keçiriləcək. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən “APA”ya verilən məlumata görə, tədbir biznes (“CeBIT pro”) üçün ixtisaslaşdırılmış İT-həllər, istehlakçılar (“CeBIT life”), dövlət sektorları (“CeBIT gov”), elmi araşdırmalar və innovasiyaların (“CeBIT lab”) inkişafı kimi seqmentləri əhatə edəcək. Tədbir çərçivəsində seminarlar, dəyirmi masalar, müzakirələr və İT sahəsində yeniliklərlə çıxış etmiş şəxslərin mükafatlandırılması mərasimi keçiriləcək. Sərgidə təxminən 60 ölkədən 5 mindən çox jurnalist və bloggerin iştirak edəcəyi gözlənilir. Tədbirdə Azərbaycan şirkətlərinin də iştirakı nəzərdə tutulub.


Bu yazı ( 159 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar