12px14px16px18px

Azərbaycan Novorossiysk limanından neft ixracını 3 dəfə artırıb

01:47 / 03.03.2012  
Bu ilin fevral ayında Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi Novorossiysk limanından 253 276 ton, Supsa limanından 161 490 ton, Ceyhan limanından isə 1 358 715 ton xam neft ixrac edib. Şirkətdən “APA”ya verilən məlumata görə, cari ilin yanvar ayı ilə müqayisədə Novorossiysk limanından ixrac olunan xam neftin həcmi 3,2 dəfə artıb, Supsa limanından 48,8 faiz, Ceyhan limanından isə 28,8 faiz azalıb. Ümumilikdə, cari ilin yanvar-fevral ayları ərzində Novorossiysk limanından 332 867 ton, Supsa limanından 476 744 ton, Ceyhan limanından isə 3 268 008 ton xam neft ixrac edilib. Bu da ötən ilin ilk iki ayına nisbətən müvafiq olaraq 11,8 faiz çox, 0,03 faiz və 2,6 dəfə azdır. ARDNŞ-in Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də ARDNŞ-a məxsus xam neft həcmlərini əks etdirir. Qeyd edək ki, fevral ayında “Azeri Light” tipli neftin qiyməti 121,83 dollar/barel təşkil edib.


Bu yazı ( 165 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar