12px14px16px18px

Turizm İnstitutunda Fransanın Azərbaycandakı səfirliyinin nümayəndələri ilə görüş keçirilib

01:47 / 03.03.2012
Fransanın Azərbaycandakı səfirliyinin fransız dilinin tədrisi üzrə məsul şəxsi Azelma Həsənova, səfirliyin əməkdaşlıq və mədəniyyət attaşesi Vensan Lorenzini və universitetlərarası əməkdaşlıq üzrə məsul şəxs Dmitri Balitski Azərbaycan Turizm İnstitutunda (ATİ) qonaq olub. “APA”nın məlumatına görə, sual-cavab formatında keçən görüşün əvvəlində səfirliyin Əməkdaşlıq və mədəniyyət attaşesi Vensan Lorenzini onun ölkəsində təhsil alınması və fransız dilinin öyrənilməsinin mahiyyəti haqqında danışıb. Qonaq Bakıda Fransa İnstitutunun fəaliyyəti haqqında məlumat verib, ATİ-nin müəllim və tələbələrinə həmin institut haqqında broşurlar təqdim edib. V.Lorenzini deyib ki, ATİ-də fransız dili kursları tədris olunur və Bakıda bu ilin may ayında keçiriləcək “Eurovision” mahnı müsabiqəsinə fransız dilli turistlərin gəlişi üçün bələdçi-tərcüməçilərin hazırlanması prosesi bu institutda həyata keçirilə bilər. ATİ-nın dekanı Nəsrulla Nəsirli bildirib ki, tələbələrin seçmə dil üzrə fransız yox, məhz alman dilinə üstünlük verməsinin səbəbi Fransa səfirliyinin ATİ ilə əlaqələrinin arzuedilən səviyyədə olmamasıdır: “ATİ və Fransanın turizm üzrə Savinyak ali məktəbləri ilə vaxtında ikitərəfli müqavilə mövcud olsa da, bu günədək əməkdaşlıq istiqamətində heç bir əlavə addım atılmayıb. Fransanın indiki zamanda turizm sahəsində aparıcı yerlərdən birini tutmasını nəzərə alaraq ATİ tələbələri üçün Fransanın ali məktəblərində turizmə aid müxtəlif sahələr – xüsusilə aşpazlıq, restoran işi üzrə sahələrdə təhsil alması yaxşı olardı”. Vensan Lorenzini sonda Milli Azərbaycan Tarix Muzeyində martın 10-dan etibarən iki ay müddətində Luvr sərgisinin keçiriləcəyini bildirib.


Bu yazı ( 160 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar