12px14px16px18px

Azərbaycanda bu il dövlət ipoteka kreditləşməsi aparılmayıb

01:46 / 03.03.2012
Yanvar ayında dövlət büdcəsindən ipoteka məqsədləri ilə vəsait ayrılmayıb. Bu barədə “APA”ya İpoteka Fondundan (İF) məlumat verilib. Lakin bu, cari ilin ilk ayında ipoteka kreditlərinin verilməsinə mane olmayıb. Yanvar ayında İpoteka Fondunun xətti ilə 2,07 mln. manat həcmində ipoteka krediti verilib. Ümumilikdə, ipoteka kreditləşməsinin başlandığı 2006-cı ildən indiyədək İF-in xətti ilə verilən ipoteka kreditlərinin ümumi həcmi 347,61 mln. manata çatıb. Nəticədə, 2012-ci il fevralın 1-nə Azərbaycanda adambaşına düşən ipoteka kreditinin həcmi 38,6 manata çatıb. Müqayisə üçün bildirək ki, 2011-ci ilin sonunda bu rəqəm 37,8 manat olub. Yanvarda İF tərəfindən 4,69 mln. manatlıq ipoteka krediti yenidən maliyyələşdirilib. İndiyədək verilən ipoteka kreditlərinin 265,66 mln. manatı və ya 76,42 faizi təkrar maliyyələşdirilib. Yanvarda İpoteka Fondu istiqraz buraxmayıb. Bundan başqa İpoteka Fondu (İF) komputer avadanlıqlarının alınması və quraşdırılması üzrə təkliflər sorğusu keçirir. Sorğuda iştirak etmək istəyənlər təklif zərflərini mart ayının 16-dək İF-ə təqdim edə bilərlər. Zərflər martın 19-da Fondun inzibati binasında açılacaq. Qeyd edək ki, sorğuda iştirak haqqı 100 manatdır.


Bu yazı ( 155 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar