Ermənilər əsgərimizi yaraladılar
12:10 / 17.05.2012
Ermənistan silahlı birləşmələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun əsgəri ağır yaralanıb. APA-nın məlumatına görə, hadisə cəbhənin Ağdam rayonu istiqamətində qeydə alınıb. Milli Ordunun əsgəri, 19 yaşlı Nurəli Əli oğlu Əliyev düşmən gülləsinə tuş gəlib. Başından yaralanan əsgər hospitala yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin APA-ya faktı təsdiqləyiblər.
Qeyd edək ki, N. Əliyev ötən il Ağstafa rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb.Bu yazı ( 35 ) - dəfə oxunmuşdur