12px14px16px18px

TQDK elektron ərizələrini təsdiqlətdirməyən abituriyentlərə xəbərdarlıq etdi

12:00 / 17.05.2012
106 min 130 abituriyent elektron ərizə doldurub, 101 min 432 nəfəri ərizəsini Sənəd Qəbulu Komissiyasında təsdiq etdirib


2012/2013-cü tədris ili üçün ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün internetlə ərizə qəbulu başa çatıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, 106 min 130 abituriyent internetlə “Elektron ərizə “doldurub.
İndiyə qədər onlardan 101 min 432 nəfəri ərizəsini Sənəd Qəbulu Komissiyasında təsdiq etdirib. TQDK “Elektron ərizə”sini müvafiq SQK-da təsdiq etdirməmiş abituriyentlərin nəzərinə çatdırır ki, onlar 18 may saat 17:00-dək tələb olunan sənədləri təqdim etməklə ərizələrini mütləq təsdiq etdirməlidirlər. Əks halda həmin abituriyentlər qəbul imtahanlarında iştirak edə bilməyəcəklər.



Bu yazı ( 35 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar