12px14px16px18px

Bakıda avtomobil yandı: 3 yaralı

13:26 / 07.05.2012
Bu gün Bakı şəhərinin Yasamal rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, “Mercedes-Benz” markalı minik avtomobili yol kənarında olan elektrik dirəyinə çırpılıb. Zərbə nəticəsində avtomobildə yanğın başlayıb. Hadisə şahidlərinin sözlərinə görə, qəza zamanı avtomobildə olan 3 nəfər xəsarət alıb və yanğın bölmələri hadisə yerinə çatana kimi vətəndaşlar tərəfindən aidiyyəti üzrə aparılıb. Yaxınlıqdakı ağaclar yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub.


Bu yazı ( 160 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar