12px14px16px18px

Bakının mərkəzi yolu və bir neçə körpü bağlanıb

11:47 / 07.05.2012
Bu gündən etibarən Bakının mərkəzi küçələrindən birində yolun genişləndirilməsi işinə başlanıb.Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədovun Lent.az-a verdiyi məlumata görə, Babək prospekti ilə Heydər Əliyev prospektinin kəsişməsində yolun genişləndirilməsi ilə bağlı olaraq həmin istiqamətdə avtomobillərin hərəkətinə müvəqqəti məhdudiyyət qoyulub. Belə ki, yol qovşağındakı iki körpüdə də (Babək prospektindən 10-cu Zavod dairəsi və ya Yusif Səfərov küçəsi istiqamətinə gedən körpülər) nəqliyyat vasitələrinin hərəkəti dayandırılıb.
Yol polisi sürücülərdən xahiş edir ki, alternativ olaraq Nəcəfqulu Rəfiyev küçəsi, Xocalı prospekti, Yusif Səfərov, Afiyəddin Cəlilov küçələrdən istifadə etsinlər.
Yol təmiri işləri sürətlə aparılır və yaxın günlərdə başa çatacaq.


Bu yazı ( 161 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar