12px14px16px18px

Neftçalada ağır qəza: 1 ölü, 1 yaralı

10:24 / 07.05.2012
Mayın 6-da Neftçala rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Baş Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən məlumata görə, Salyan-Neftçala yolunun 23-cü kilometrliyində “KamAZ” markalı 10 NO 795 nömrə nişanlı yük maşını 10 EJ 819 nömrəli “VAZ 2101” ilə toqquşub. Nəticədə minik avtomobilində olan şəxslərdən biri hadisə yerində ölüb, digər şəxs isə ağır bədən xəsarətləri alıb.Faktla əlaqədar BDYPİ-nin İstintaq şöbəsində araşdırma aparılır.



Bu yazı ( 131 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar