12px14px16px18px

Mayın ilk günlərində hava qeyri-sabit keçəcək

12:58 / 30.04.2012
May ayının 1-2 ölkə ərazisində hava şəraiti yağmursuz keçsə də mayın 3 qısamüddətli yağış yağacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Lent.az-a verilən məlumata görə, mayın 1-də Bakıda və Abşeron yarımadasında hava əsasən dəyişkən buludlu olacaq, yağmursuz keçəcək. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 12--16 dərəcə isti, gündüz 24-28 dərəcə isti olacağı ehtimal olunur.
Mayın 2-də hava əsasən yağmursuz keçəcək. Axşam buludluluğun artacağı gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 11-15 dərəcə isti, gündüz 21-25 dərəcə isti olacağı proqnozlaşdırılır.
Mayın 3-də buludlu hava şəraiti üstünlük təşkil edəcək. Bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Şimal küləyi əsəcək, gecə və səhər arabir güclənəcək. Havanın temperaturunun gecə 11-15 dərəcə isti, gündüz 20-24 dərəcə isti olacağı gözlənilir.
Mayın 1-3-də Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli tərəddüdü, xəzri və gilavar küləklərinintez-tez bir-birini əvəz etməsi bəzi meteohəssas insanlar üçün nisbətən əlverişsizdir.
Azərbaycanın rayonlarında mayın 1-də hava əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli az yağış yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 11-16 dərəcə isti, gündüz 25-30 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə isti, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.
Mayın 2-3 də hava əsasən yağmursuz keçəcək. Lakin 2-də axşam bəzi yerlərdə, 3-də isə əksər rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 10-15 dərəcə isti, gündüz 21-26 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə isti, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir.


Bu yazı ( 85 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar