12px14px16px18px

Bakının mərkəzində avtomobil işıqfora çırpıldı: 2 yaralı

10:29 / 30.04.2012
Hadisədən sonra tıxac yaranıb.
Bu gün saat 9:30 radələrində Bakı şəhərinin Səbail rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Lent.az-ın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, Zərifə Əliyeva və SƏMƏD Vurğun küçələrinin kəsişməsində “Opel Zintra” markalı avtomobil idarəetmədən çıxıb və işıqfora çırpılıb. Daha sonra avtomobil yol kənarındakı maneəyə çırpılaraq səkiyə çıxıb.
Qəza nəticəsində avtomobildə olan 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisədən sonra şəhərin əsas yollarından olan Zərifə Əliyeva küçəsi və ətraf yollarda tıxac və sıxlıq yaranıb.


Bu yazı ( 27 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar