12px14px16px18px

Ordumuz ermənilərin təxribatının qarşısını aldı

13:51 / 26.04.2012
Hərbi mənbələrdən APA-ya verilən məlumata görə, aprelin 25-də səhər saatlarından Ermənistan Ordusunun üzbəüz Dovex kəndi sahəsində cəbhə xətti boyu qazıntı işləri aparması və mövqeləri önə çəkmə cəhdi aşkarlanıb. Buna cavab olaraq Azərbaycan əsgərlərinin həyata keçirdikləri tədbirlər nəticəsində ərazidəki erməni bölmələrinin istifadə etdiyi bir avtomaşın vurularaq sıradan çıxarılıb. Düşmənin mühəndis-istehkam bölüyünün bir əsgəri isə yaralanıb. Azərbaycan tərəfi itki verməyib.

Müşahidələr zamanı Ermənistan tərəfinin mövqelərin dəyişdirilməsi işlərinə mülki geyimli şəxslərin və nəqliyyat vasitələrinin cəlb olunduğu qeydə alınıb.

Mənbənin məlumatında bildirilir ki, son həftələrdə qeyd olunan istiqamətdə düşmənin Azərbaycan Ordusunun mövqelərini bir neçə dəfə ələ keçirmək, dövlət sərhədində vəziyyəti öz xeyrinə dəyişmək cəhdlərinin qarşısı alınıb.

Məlumatda o da qeyd olunub ki, mart ayının sonlarından Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanla dövlət sərhədinin Qazax və Tovuz rayonları sahəsində aktivləşməsi müşahidə olunur. Ermənistan Müdafiə Nazirliyi sərhəddəki qüvvələrinin bir hissəsini müqaviləli heyətlə əvəz edib, əraziyə xüsusi təyinatlı bölmələr dislokasiya olunub.

Ümumilikdə, aprel ayı ərzində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə qarşı düşmən tərəfindən 20-yə yaxın təxribat cəhdinin qarşısı alınıb. Həyata keçirilmiş önləyici tədbirlər nəticəsində dövlət sərhədinin şimal istiqamətində Ermənistan Ordusunun iki hərbçisi öldürülüb, beş hərbçisi yaralanıb.
 


Bu yazı ( 118 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar