12px14px16px18px

Yaxın 3 gün ərzində hava stabil olacaq

13:00 / 18.04.2012 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Lent.az-a verilən məlumata görə, aprelin 19-da Bakıda və Abşeron hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Axşam bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub küləyi gündüz arabir güclənəcək. Havanın temperaturunun gecə 10-14 dərəcə isti, gündüz 19-24 dərəcə isti olacağı proqnozlaşdırılır.

Aprelin 20-də buludlu hava şəraiti üstünlük təşkil edəcək. Gündüz bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 10-14 dərəcə isti, gündüz 20-24 dərəcə isti olacağı gözlənilir.

Aprelin 21-də gecə yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı, gün ərzində dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 10-14 dərəcə isti, gündüz 19-24 dərəcə isti olacağı proqnozlaşdırılır.

Azərbaycanın rayonlarında aprelin 19-da hava əsasən yağmursuz keçəcək, səhər ayrı-ayrı yerlərdə duman olacaq, cənub küləyi əsəcək, gündüz əsasən dağlıq ərazilərdə arabir güclənəcək. Havanın temperaturu gecə 10-15 dərəcə isti, gündüz 22-27 dərəcə isti, dağlarda gecə 6-11 dərəcə isti, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir.

Aprelin 20-21-də havanın gün ərzində əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman. Qərb küləyi əsəcək, 20-də ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 10-15 dərəcə isti, gündüz 21-26 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə isti, gündüz 11-16 dərəcə isti olacağı gözlənilir.



Bu yazı ( 102 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar