12px14px16px18px

Yevlaxda qatar aşıb

11:35 / 18.04.2012 Azərbaycanda yük qatarı aşıb. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin Dəmir yolu Nəqliyyatında Polis İdarəsindən məlumat verilib.

Hadisə ötən gecə saat 03.30 radələrində Azərbaycan dəmir yolunun Yevlax hissəsində qeydə alınıb. Qatarın relsdən çıxaraq aşması nəticəsində ölkədaxili sərnişin qatarlarının hərəkətində ciddi problem yaranıb.

Hazırda qəzanın aradan qaldırılması istiqamətində iş aparılır.

Qatarın Türkmənistandan gətirilən yükü daşıdığı bildirilir.



Bu yazı ( 89 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar