12px14px16px18px

Bakı-Nijni-Novqorod təyyarəsi məcburi Moskvaya enib

14:41 / 05.04.2012
Qar yağması səbəbindən Bakıdan Nijni-Novqoroda uçan “Boeing-747” təyyarəsi aeroporta enə bilməyib. Lent.az-ın “kp.ru” saytına istinadən verdiyi məlumata görə, Nijni-Novqorod Beynəlxalq Aeroportunun köməkçisi Olqa Ladeyşikov deyib ki, təyyarələrin aeroporta enməsinə çalışacaqlar, əks halda başqa çıxış yolu axtarılacaq.
Hazırda aeroportun uçuş xətlərinin qardan təmizlənməsi üçün çoxlu sayda texnika cəlb edilib.Nijni-Novqorod Beynəlxalq Aeroportundan Lent.az-a bildirilib ki, artıq təyyarə Moskvanın “Domodedovo” aeroportuna məcburi eniş edib. Qeyd edək ki, təyyarə “UTair” şirkətinə məxsusdur.



Bu yazı ( 187 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar