12px14px16px18px

Bakıda ağır qəza: 1 ölü, 3 yaralı

12:20 / 05.04.2012
Bu gecə saat 00.15 radələrində Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi ərazisində Bakı şəhər sakini Ramin Əhmədovun idarə etdiyi “Mercedes” markalı avtomaşınla “VAZ-21011” markalı avtomaşın toqquşub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, “Jiquli”nin sürücüsü hadisə yerində ölüb.
Xəsarət almış sərnişinləri Ceyhun Umarov və 20-25 yaşlı kişi, habelə Ramin Əhmədov xəstəxanaya yerləşdiriliblər. Ceyhun Umarovun və 20-25 yaşlı kişinin vəziyyətləri ağırdır. Ramin Əhmədova isə tibbi yardım göstərildikdən sonra buraxılıb.



Bu yazı ( 161 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar