12px14px16px18px

“Mən burdayam, ABŞ 10 milyon dolları mənə versin...”

12:01 / 05.04.2012
166 nəfərin ölümündə günahkar sayılan şəxs ABŞ-ı ələ saldı.İki gün əvvəl ABŞ hökuməti 2008-ci ildə Hindistanın Mumbai şəhərində 166 nəfərin ölümünə yol açan terror aktında günahkar saydığı Hafiz Məhəmməd Səidin başına 10 milyon dollar mükafat qoyduğunu bəyan edib. Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, bu bəyanatdan bir gün sonra Rivalpindidə jurnalistlərin qarşısına çıxıb.
O, ABŞ-ı ələ salıb: “ABŞ-dan soruşuram ki, 10 milyon dolları niyə başqalarına təklif edir. Mən burdayam, ABŞ 10 milyon dolları mənə versin. Açığı, ABŞ-ın yerimi bilməməsinə də təəccübləndim. Yaxalanmam üçün başıma qoyulan pul mükafatı dağlarda mağaralarda gizlənənlər üçündür. Fəqət, mən Allahın izni ilə buradayam. Bu gün Ravalpindidə Pakistan Müdafiə Komitəsinin üzvləri ilə görüşdüm, sabah da Lahorda olacam. Sonrakı günlərdə də harada olacağımı açıqlayacam və beləliklə də ABŞ istədiyi vaxt mənimlə əlaqə saxlaya bilər”.
Qeyd edək ki, Mumbai hücumları ilə bağlı mühakimə edilən və sərbəst buraxılan Hafiz Məhəmməd Səid hazırda Pakistanda bir sıra dini partiyaların yaratdığı Pakistan Müdafiə Komitəsinin sədridir. Pakistanda sərbəst gəzən Hafiz Məhəmməd Səid televiziya proqramlarına qatılır, təbliğat aparır. O, Hindistandakı terror aktlarının təşkilatçısı olması yönündə ittihamları rədd edir.



Bu yazı ( 226 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar