12px14px16px18px

Türkiyə İrandan izahat tələb etdi

11:28 / 05.04.2012
İranın Türkiyədəki səfiri XİN-ə çağırıldı.Türkiyə Xarici İşlər Nazirliyi “Suriyanın dostları”nın toplantısı ilə əlaqədar İrandan izahat tələb edib. Lent.az-ın Türkiyənin “Haber” agentliyinə istinadən verdiyi məlumata görə, xarici işlər naziri Əhməd Davudoğlu jurnalistlərə açıqlamasında qeyd edib ki, İran parlamentinin sədri Laricaninin Ankaranı narazı salan açıqlamaları ilə bağlı rəsmi Tehrandan izahat istənilib.
“Mən İranın xarici işlər naziri Əli Əkbər Salehi ilə əlaqə saxlayıb, onun nəzərinə çatdırdım ki, Laricaninin qeyd olunan toplantı ilə bağlı açıqlamaları Tehranda Ərdoğana göstərilən hörmətlə üst-üstə düşmür” - deyə, Davudoğlu vurğulayıb.
Qeyd edək ki, İran tərəfinin son açıqlamaları ilə əlaqədar İranın Ankaradakı səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.


Bu yazı ( 130 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar