12px14px16px18px

ABŞ-ın dövlət katibi İrana müraciət etdi

10:51 / 05.04.2012
ABŞ-ın dövlət katibi Hillari Klinton İranın nüvə proqramı ilə bağlı rəsmi Tehranı beynəlxalq hüquqa hörmət etməyə çağırıb. Lent.az-ın Türkiyənin “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, Klinton qeyd edib ki, məsələləri diplomatik yolla həll etmək üçün hələ vaxt var: “ABŞ İranın nüvə silahını əldə etməsinin qarşısını almaq üçün bütün məsələləri masa ətrafında həll edilməsinin tərəfdarıdır. Bunun üçün bir pəncərə açıqdır”. Qeyd edək ki, İranın nüvə proqramı ilə bağlı məsələlər bu ay müzakirə olunacaq.



Bu yazı ( 83 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar