12px14px16px18px

Bakı yaxınlığında dəhşətli qəza: 2 ölü

09:48 / 28.03.2012
“Nissan X Trail” təmirə dayanmış yük maşınına çırpılıb.Martın 27-də Abşeron rayonu ərazisində ağır yol nəqliyyat hadisəsi baş verib. Baş Dövlət Yol Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Bakı-Şamaxı yolunda 90 FR 970 nömrə nişanlı, “Nissan X Trail” markalı avtomobil yol kənarında təmirə dayanmış “KamAZ” markalı, 90 JS 318 nömrəli yük maşınına çırpılıb.
Nəticədə “Nissan X Trail”də olan sərnişin, 1993-cü il təvəllüdlü Bayramov Azad Etibar oğlu və yük maşının sürücüsü, 1961-ci il təvəllüdlü İliçiç Aleksandr Dimitriyeviç hadisə yerində ölüb. Məlumata görə, avtomobil təmirə dayanmış yük maşınına arxa tərəfdən çırpılıb. Bu zaman “KamAZ”ın sürücüsü yol kənarında təmir işləri aparırmış. Zərbənin gücündən A.İliçiç də maşının altında qalaraq ölüb.
Faktla əlaqədar cinayət işi başlanılıb, araşdırma aparılır.




Bu yazı ( 115 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar