12px14px16px18px

Azərbaycan və Xorvatiya prezidentlərinin təkbətək görüşü keçirilib

12:08 / 12.03.2012
Xorvatiya prezidentinin Azərbaycana rəsmi səfəri başlayıb.
Azərbaycan Respublikasına rəsmi səfərə gələn Xorvatiya Respublikasının prezidenti İvo Yosipoviçin rəsmi qarşılanma mərasimi keçirilib. Lent.az-ın AzərTAC-a istinadən verdiyi məlumata görə, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Xorvatiya Prezidenti İvo Yosipoviçi və xanımı Tatyana Yosipoviçi qarşılayıblar.
Azərbaycanın dövlət və hökumət nümayəndələri prezident İvo Yosipoviçə, Xorvatiya nümayəndə heyətinin üzvləri prezident İlham Əliyevə təqdim olunub. Prezidentlər və xanımları rəsmi foto çəkdiriblər. Rəsmi qarşılanma mərasimindən sonra dövlət başçısı İlham Əliyevin və xanımı Mehriban Əliyevanın İvo Yosipoviç və xanımı Tatyana Yosipoviç ilə birgə görüşü olub. Sonra prezidentlərin təkbətək görüşü keçirilib. Görüşdə Azərbaycan ilə Xorvatiya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olunub. Dövlətlərimiz arasında əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğu vurğulanıb. İvo Yosipoviçin Azərbaycana rəsmi səfərinin ölkələrimiz arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi baxımından əhəmiyyəti qeyd olunub. Görüşdə ikitərəfli, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.



Bu yazı ( 155 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar