12px14px16px18px

Kamaləddin Heydərov Tatarıstanın baş naziri ilə görüşüb

12:58 / 06.03.2012
Azərbaycanda rəsmi səfərdə olan Rusiya Federasiyası Tatarıstan Respublikasının baş naziri İldar Xalikovun rəhbərlik etdiyi nümayəndə heyəti martın 5-də fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovla görüşüb.
Lent.az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, görüş zamanı K.Heydərov Azərbaycanla Tatarıstan arasında ikitərəfli münasibətlərin, o cümlədən fövqəladə halların idarə olunması sahəsində əməkdaşlığın fəal şəkildə inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu vurğulayıb, habelə nazirliyin strukturu və fəaliyyəti barədə qonağa ətraflı məlumat verib.
Qonaq da öz növbəsində, Azərbaycanla Tatarıstan arasında dostluq və əməkdaşlıq münasibətlərinin bütün sahələrdə yüksələn xətlə inkişaf etdiyini və bunun təqdirəlayiq olduğunu qeyd edib, hər iki respublikanın müvafiq dövlət qurumları arasında əməkdaşlığın dərinləşməsinin vacibliyini vurğulayıb.
Görüş zamanı əlaqələrin daha da genişləndirilməsi ilə bağlı məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Qonaqlar FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzində olub, mərkəzin fəaliyyəti və “112” qaynar xətti barədə ətraflı məlumatlandırılıblar.



Bu yazı ( 124 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar