12px14px16px18px

Amerikalı generallar İranla müharibənin əleyhinə çıxdı

12:53 / 06.03.2012
ABŞ prezidenti Barak Obamanın “İsrailin arxasındayıq” bəyanatından sonra amerikalı generallar mətbuat vasitəsi ilə ona müraciət ediblər. Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, generallar qeyd ediblər ki, ABŞ ordusu dünyada ən böyük gücə malik ordudur. Lakin buna baxmayaraq, müharibə sonuncu variantdır. “Güc tətbiq etməzdən əvvəl bütün diplomatik vasitələrdən istifadə edilməlidir. Hələ də sülh üçün şanslar bitməyib. Hazırda müharibə etmək həm İsrail, həm də ABŞ üçün təhlükəlidir” - deyə, müraciətdə qeyd olunub.
Qeyd edək ki, Obama Beniamin Netanyahu ilə görüşündə İsrailə dəstək olacağını bildirib və onu da əlavə edib ki, diplomatik vasitələrdən sonadək istifadə edilməlidir.


Bu yazı ( 117 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar