12px14px16px18px

“Qəbələ RLS-lə bağlı yaxında razılıq əldə oluna bilər”

12:42 / 06.03.2012
Serqey Ryabkov: “Stansiyadan istifadə şərtləri və icarə haqqı ilə bağlı problemlər var”
“Azərbaycanla Rusiya arasında Qəbələ radiolokasiya stansiyası ilə əlaqədar aparılan müzakirələrdə inkişaf var”.
APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya xarici işlər nazirinin müavini Serqey Ryabkov bu gün keçirdiyi brifinqdə deyib. Qəbələ RLS-lə bağlı danışıqlarda iştirak etmədiyini deyən nazir müavini stansiyadan istifadə şərtləri və icarə haqqı ilə bağlı problemlər olduğunu bildirib: “Lakin onu deyə bilərəm ki, Azərbaycanla Rusiya Qəbələ Radiolokasiya Stansiyası ilə bağlı razılıq əldə etməyə yaxındır. Biz gözləniləndən də tez razılıq əldə edəcəyik”.
Nazir müavini Azərbaycan-Rusiya münasibətləri haqqında da danışıb: “Çox nadir hallarda iki dost, münasibəti belə gözəl olan ölkələr tapmaq olar. Baxmayaraq ki, Azərbaycanla Rusiya arasında Qəbələ RLS, Xəzərin statusu ilə bağlı müzakirələr gedir, müəyyən problemlər var, amma bütün bunlar bizim dostluğumuza təsir etmir”.



Bu yazı ( 108 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar