12px14px16px18px

Azərbaycanda gənc qız iki kişini güllələdi: 1 ölü, 1 yaralı

10:12 / 06.03.2012
Martın 5-də Qazax rayonunda dəhşətli hadisə baş verib. Hüquq-mühafizə orqanlarından Lent.az-a verilən məlumata görə, saat 22 radələrində Qazax rayon Mərkəzi Xəstəxanasına odlu silahla yetirilmiş xəsarətləri olan 2 gənc oğlan gətirilib. Onlardan 26 yaşlı Fariz Osmanov xəstəxanaya daxil olan kimi ölüb. Digər güllə yarası almış 26 yaşlı Tural Nəsibov isə ağır vəziyyətdə reanimasiya şöbəsinə yerləşdirilib.
İlkin məlumata görə, hadisə kafedə baş verib. Adları qeyd olunan şəxslər kafedə yeyib-içiblər və orada olan qıza sataşıblar. Həmin qız isə kafedən çıxıb, az sonra isə əlində tüfəng geri qayıdıb. O, hər iki şəxsi güllələyib.
Faktla əlaqədar Qazax rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.


Bu yazı ( 88 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar