12px14px16px18px

Bakıda sərnişin avtobusu piyadaları vurdu: nənə öldü, 7 yaşlı nəvəsi xəstəxanaya düşdü

09:38 / 06.03.2012
Martın 5-də Bakıda ölümlə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib.
Baş Dövlət Yol Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Binəqədi rayonu ərazisində 1985-ci il təvəllüdlü Alim Alışov idarə etdiyi 10 TF 679 nömrə nişanlı, “Daewoo” markalı sərnişin avtobusu ilə yolu keçmək istəyən piyadaları vurub.
Nəticədə piyadalardan 1935-ci il təvəllüdlü Cəfərova Bahar İsmayıl qızı aldığı xəsarətlərdən hadisə yerində dünyasına dəyişib. Onun 7 yaşlı nəvəsi isə ağır vəziyyətdə xəstəxanaya aparılıb.
Faktla əlaqədar cinayət işi başlanılıb, araşdırma aparılır.



Bu yazı ( 79 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar