12px14px16px18px

Ağdaşlı cani əməliyyat zamanı öldürüldü

11:29 / 23.10.2009

Oktyabrın 19-da Ağdaşda avtomat silahdan atəş açaraq bir nəfəri öldürüb, bir nəfəri yaralayan rayon sakini Ruzman Hüseynov zərərsizləşdirilib. Bu barədə Lent.az-a Ağdaş Rayon Polis Şöbəsindən məlumat verilib. Məlumatda deyilir ki, R.Hüseynov hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı öldürülüb.
Oktyabrın 23-də saat 04:00 radələrində keçirilən əməliyyat zamanı R. Hüseynovun yaşadığı evin yanında gizləndiyi müəyyən edilib. Hüquq-mühafizə orqanlarının əməliyyatçılarına müqavimət göstərən R. Hüseynov öldürülüb. Məlumatda o da bildirilir ki, əməliyyat zamanı Daxili Qoşunların vertolyotlarından istifadə olunub. Onun bu günə qədər meşədə gizləndiyi bildirilib.
Xatırladaq ki, oktyabrın 19-da Ağdaş rayonunun Kotalan kənd sakini, oğurluqda təqsirləndirilən 1957-ci il təvəllüdlü Hüseynov Ruzman Şamil oğlu onu həbs etmək istəyən rayon Polis Şöbəsinin əməkdaşlarına avtomat silahdan atəş açıb. Polis Şöbəsinin əməkdaşları R.Hüseynovun evinə gəlib. Bu zaman axtarışda olan şəxs avtomat silahdan atəş açaraq polisə müqavimət göstərib. Hadisə yerinə əlavə polis qüvvələri cəlb olunub. Bu dəfə R. Hüseynov polis əməkdaşlarına qumbara atıb. R. Hüseynovun evi 6 saata yaxın mühasirədə saxlansa da, o, gizli yolla mühasirədən çıxıb.
Axşam saat 22.00 radələrində isə R.Hüseynov kəndin keçmiş icra nümayəndəsi, 1971-ci il təvəllüdlü Baxşəli Seyfənovun evinə gələrək, ona avtomatdan atəş açıb.
B. Seyfənov hadisə yerində dünyasını dəyişib. R.Hüseynov həmçinin kəndi sakini, 1972-ci il təvəllüdlü Əhmədov Famil Qurban oğluna avtomatdan atəş açaraq, onu ağır yaralayıb.
Faktla bağlı CM-in 29,120.2.3, 29,120.2.4, 29,120.2.7-ci (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetrməsi ilə əlaqədar önun özünü və ya iki vəya daha artıq şəxsi öldürmə cəhd), 120.2.10-cu (təkrarən qəsdən adamöldürmə) və 228-ci (qanunsuz odlu silah əldə etmə, saxlama, daşıma, gəzdirmə) maddələri ilə cinayət işi açılıb.



Bu yazı ( 351 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar