12px14px16px18px

Bakı-Naxçıvan aviareyslərinin sayı azaldılıb

16:45 / 10.11.2009

“Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakı-Naxçıvan və əks istiqamətə marşrutlar üzrə aviareyslərin sayını azaldıb. Bu barədə Lent.az-a Naxçıvan Beynəlxalq Hava Limanından məlumat verilib. Məlumata görə, əvvəllər gün ərzində 6-7 reys həyata keçirilirdisə, noyabrın ilk günlərindən etibarən aviareyslərin sayı 4-ə yenib.
Hava limanından aviareyslərin sayının azalmasına səbəb kimi sərnişinlərin sözügüdən aviamarşrutlardan az istifadə etməsi göstərilir.
Lent.az xəbər verir ki, aviareyslər üzrə qiymət artımından sonra yerli əhalinin Bakı-Naxçıvan-Bakı aviamarşrutundan istifadəyə marağını azaldıb. Hazırda əhali daha çox Naxçıvan-Bakı-Naxçıvan (İran ərazisi ilə) avtobus marşrutundan istifadəyə üstünlük verir. Bu marşrut üzrə gediş haqqı bir tərəf üçün 14 manat təşkil edir.
Qeyd edək ki, Azərbaycan Nazirlər Kabineti “Azərbaycan Hava Yolları” QSC (AZAL) tərəfindən yerinə yetirilən Bakı-Naxçıvan marşrutu ilə sərnişin aviareysinin gediş haqlarına tətbiq olunan güzəştlərdə dəyişiklik edib.Qərara əsasən, cari ilin noyabr ayının 1-dən etibarən Bakı-Naxçıvan marşrutu üzrə bir aviabiletin qiyməti 75 manat (güzəştlə) təşkil edir.
Bundan öncə aviabiletə olan güzəşt 55 manat təşkil edirdisə və bilet 40 manata satılırdısa, hazırda güzəşt 20 manat təşkil edir və aviabiletin satış qiyməti 75 manatdır.




Bu yazı ( 311 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar