12px14px16px18px

Əli Hüseynli: “Yuvenal ədliyyə haqqında” qanun layihəsi hazırlanır”

00:30 / 24.05.2012
“ Milli Məclisdə “Yuvenal ədliyyə haqqında” qanun layihəsi hazırlanır”. Bu barədə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Milli Məclisdə keçirilən BMT-nin Uşaq hüquqları komitəsinin Azərbaycan dövlətinə ünvanladığı yekun müşahidələrə həsr olunan dəyirmi masada bildirib. O qeyd edib ki, bununla bağlı BMT-nin Uşaq hüquqları Komitəsinin hesabatında nəzərdə tutulan tövsiyələrin bir çoxu Azərbaycan tərəfindən yerinə yetirilib və yetirilir. O, hüquqi şəxslərin cinayət məsuliyyətinə cəlb olunması məsələsindən danışıb və deyib ki, bu sahədə iş gedir və ilin sonunadək Cinayət Məcəlləsində belə dəyişikliyin olacağı gözlənilir. “Uşaq əməyi sahəsində işlərin gücləndirilməsi dövlət tərəfindən dəstəklənir. Xüsusən yuvenal ədliyyə haqqında qanun layihəsi hazırlanır və bu, müvafiq dövlət strukturları tərəfindən dəstəklənir. Parlamentdə qanun layihəsi üzərində işlər yekunlaşmaq üzrədir. Bu qanun qəbul edildikdən sonra yuvenal məhkəmənin də fəaliyyətə başlayacağı istisna deyil” – deyə, o əlavə edib.
KAMİL



Bu yazı ( 63 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar