12px14px16px18px

BMT-nin xüsusi məruzəçisi Azərbaycanda səhiyyənin inkişafı ilə bağlı görülən işləri müsbət qiymətləndirib

00:58 / 18.05.2012
Dünən Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli BMT-nin sağlamlıq hüququna dair xüsusi məruzəçisi Anand Qroverin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. H. Rəcəbli bildirib ki, Azərbaycanda digər sahələr kimi səhiyyə də davamlı inkişaf etməkdədir. Komitə sədri qonağa Milli Məclisdə səhiyyə sahəsində qəbul olunmuş qanunlar haqqında ətraflı məlumat verib və bildirib ki, bu sahədə artıq kifayət qədər qanunvericilik bazası formalaşdırılıb. H. Rəcəbli diqqətə çatdırıb ki, ölkəmizdə “İcbari sosial sığorta haqqında” Qanun qəbul olunub, Dövlət Sığorta Agentliyi təsis edilib. Eyni zamanda, qeyd olunub ki, hazırda icbari sosial sığorta sisteminin işə düşməsi üçün bütün imkanlar yaradılıb. A.Qrover isə diqqətə çatdırıb ki, Azərbaycanın səhiyyə sistemi ilə yaxından tanışdır. Qonaq ölkəmizdə səhiyyənin inkişafı üçün görülən işləri də yüksək qiymətləndirib. Söhbət zamanı A. Qroverin Azərbaycanda səhiyyə sahəsinin maliyyələşdirilməsi, cəzaçəkmə müəssisələrində səhiyyənin vəziyyəti, vərəmə qarşı dərman preparatları, cinsi və reproduktiv sağlamlıq məsələlərinə dair sualları cavablandırılıb.Fikir mübadiləsi zamanı Azərbaycanda müasir tibbi avadanlıqları işlədən mütəxəssislərin sayının artırılmasının və səhiyyənin maliyyələşdirilməsi modelinin dəyişdirilməsinin vacibliyi vurğulanıb və qeyd olunub ki, hazırda Səhiyyə Nazirliyi bu istiqamətlərdə işlər aparır. KAMİL


Bu yazı ( 60 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar