12px14px16px18px

ATƏT PA-nın 2014-cü ildəki yaz sessiyası Azərbaycanda keçirilə bilər

SPENSER OLIVER: “AZƏRBAYCAN HƏR ZAMAN ATƏT DƏYƏRLƏRINƏ SADİQDİR”

01:23 / 17.05.2012

ATƏT Parlament Assambleyasının (PA) Batumi konfransı çərçivəsində Azərbaycan nümayəndə heyətinin tədbirdə iştirak edən rəsmi şəxslərlə bir sıra görüşləri keçirilib. Azərbaycan nümayəndə heyətinin rəhbəri Milli Məclisin vitse-spikeri Bahar Muradovanın Belarus nümayəndə heyətinin rəhbəri Antonina Morova ilə görüşü olub. Görüşdə ATƏT PA-nın gələcək tədbirlərində qarşılıqlı maraq doğuran məsələlərdə nümayəndə heyətləri arasında əməkdaşlığın vacibliyi qeyd olunub. Sonra Beynəlxalq katibliyin təşəbbüsü ilə Bahar Muradovanın ATƏT PA-nın Baş katibi Spenser Oliver, Baş katibin müavini Qustavo Pallares və Beynəlxalq katibliyin baş müşaviri Semyon Dzakayev ilə görüşü baş tutub.
Görüş zamanı Milli Məclisin təşəbbüsü ilə ATƏT PA-nın 2014-cü ilin yaz sessiyasının Azərbaycanda keçirməsi məsələsi ətrafında fikir mübadiləsi aparılıb və ölkəmizin belə bir toplantıya ev sahibliyi etməsi üçün hər cür təşkilati və texniki imkanlarının olması vurğulanıb. Qeyd olunub ki, Azərbaycanın son illər ərzində əldə etdiyi sosial və iqtisadi nailiyyətlər belə tədbirlərin keçirilməsinə şərait yaradıb. Həmçinin, bildirilib ki, inkişafın Azərbaycan modeli ATƏT-ə üzv dövlətlərin parlamentariləri üçün xüsusi maraq kəsb edir.ATƏT-in dəyərlərinə hər zaman sadiq olan Azərbaycan haqqında fikir söyləyən S.Oliver, bu tədbirin yüksək səviyyədə keçiriləcəyinə dərin inamını ifadə etdi və bu əməkdaşlığın həm ATƏT, həm də Azərbaycan üçün çox önəmli olduğunu vurğulayıb.B. Muradova sonra Monakoda keçiriləcək 21-ci yay sessiyası zamanı müzakirəsi nəzərdə tutulan Siyasi və təhlükəsizlik məsələləri üzrə ümumi komitənin hesabatına ötən il Dubrovnikdə keçirilmiş növbəti payız sessiyası çərçivəsində Dağlıq Qarabağ üzrə xüsusi debatlar zamanı səslənmiş fikirlərin daha geniş şəkildə salınmasını təklif etdi və düzəlişlərin ediləcəyinə ümidvar olduğunu bildirib. B. Muradovanın İsveçrə nümayəndə heyətinin rəhbəri, İsveçrə – Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Kristin Yeqerzeqi-Obristlə görüşü keçirilib.Görüşdə ötənilki seçkilərdən sonra İsveçrə parlamentinin yeni dostluq qrupu ilə Milli Məclisdə fəaliyyət göstərən Azərbaycan-İsveçrə qrupu arasında gələcəkdə əməkdaşlığın dərinləşməsi, ATƏT PA-dakı Azərbaycan və İsveçrə nümayəndə heyətlərinin qarşılıqlı dəstəyi məsələləri müzakirə olunub. Daha sonra B. Muradova Portuqaliya nümayəndə heyətinin üzvləri, eləcə də ATƏT PA-nın Fəxri Sədri, Cənubi Qafqaz üzrə xüsusi nümayəndə Joao Soareşlə də görüşüb. Görüş zamanı J.Soareşin Azərbaycana səfəri və iki ölkənin parlamentləri arasında əlaqələrin inkişaf perspektivləri müzakirə edilib.
KAMİL



Bu yazı ( 43 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar