12px14px16px18px

İran səfirliyi qarşısında aksiya keçirilib

AKSİYA İŞTİRAKÇILARI İRANI AZƏRBAYCANA QARŞI QARAYAXMA KAMPANİYASINDAN ÇƏKİNMƏYƏ ÇAĞIRIB

01:22 / 17.05.2012

Dünya Azərbaycanlıları Konqresi (DAK) və Beynəlxalq Diaspora Mərkəzi (BDM) dünən İran İslam Respublikasının Bakıdakı səfirliyinin binası qarşısında aksiya keçirib. Aksiyada qurumun BDM sədri İsmayıl Ağayev, Azərbaycan Vətən Müharibəsi Veteranlar Birliyinin Suraxanı rayon şöbəsinin sədri, müharibə veteranı Əjdər Əliyev, Dünya Azərbaycanlıları Konqresinin həmsədri, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı, konqresin İdarə Heyətinin üzvləri Xəzər Emin, Əjdər Tağzadə və digərləri iştirak edib.
Etiraz aksiyası Axundov bağından başlayaraq İran səfiriyi qarşısına qədər davam edib. Çıxışlarda İranın Azərbaycana qarşı siyasəti kəskin tənqid olunub, bu ölkədən işğalçı Ermənistanla dostluq əlaqələrini dayandırması tələb edilib.
Aksiya iştrakçıları bildiriblər ki, son zamanlar İran İslam Respublikasının rəsmi dairələri tərəfindən Azərbaycan dövlətinə qarşı açıq şəkildə təxribat aparılır. Etiraz aksiyasında həmçinin qeyd olunub ki, özünü Azərbaycanın dostu kimi təqdim etməyə çalışan İran dövləti, çox təəssüflər olsun ki, İslam dəyərlərini qorumaq adı altında beynəlxalq hüququ prinsiplərini qonşuluq və dostluq əlaqələrinə zidd bəyanatlar verməkdən çəkinmirlər. İranın Azərbaycan xalqına qarşı qarayaxma kampaniyası apardığını qeyd edən aksiya iştirakçıları fars rejimini bundan çəkinməyə dəvət edib. Aksiya iştirakçılarının İranı Azərbaycan dövlətinə və onun milli atributlarına qarşı həyata keçirdiyi təxribat və qarayaxma kampaniyasını dayandırmağı, işğalçı Ermənistana yardım etməməyi, İranda yaşayan Azərbaycan türklərinin dil və mədəniyyət hüquqları təmin olunmasını, habelə həbs olunmuş cənubi azərbaycanlı fəalların azadlığa buraxılmasını tələb ediblər.
Yürüş iştirakçılarının əllərində müxtəlif plakatlarda olan şüarlar “Azərbaycan bir olsun, paytaxtı Təbriz olsun!”, “İrandakı azərbaycanlı qardaşlarına dəstək”, “Qatillərə qucaq açan ölkəyə ar olsun ”, “Qarabağı işğal edən Emənistana yardımı dayandır”, “İran stop” və bu kimi başqa şüarlar səsləndiriblər.
Daha sonra piket iştirakçıları üzərində “İran rejiminin xatirəsinə” sözləri yazılan əklili səfirliyin qarşısına qoyublar.
Sonra aksiyanın qətnaməsi oxunub və səfirliyə təqdim edilib. Qətnamədə qeyd olunub ki, dünyanın ən son imperiyası olan İran adlı şovinist qurum tarixin arxivinə gömülmək ərəfəsində nifaqdan çəkilməlidir: “Azərbaycanlıların döyünən ürəyi olan Təbriz şəhərində Azərbaycan əleyhinə aksiya keçirilməsi 35 milyonluq Azərbaycan türkünün heysiyyatına təhqirdir və biz bu kimi addımları qətiyyətlə pisləyirik”.
Aqil LƏTİFOV



Bu yazı ( 52 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar