12px14px16px18px

Bələdiyyələrin siyahısında dəyişiklik ediləcək

11:45 / 16.05.2012
“Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Qanuna əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə” qanun layihəsi müzakirəyə çıxarılıb. Bununla bağlı dünən parlamentin Regional məsələlər komitəsinin gündəliyinə çıxarılan qanun layihəsində qeyd olunur ki, “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nın “Gədəbəy rayonu” bölməsində müvafiq dəyişikliklər edilsin. Yəni, bundan sonra “Ağamalı” sözü “Çanaqçı”, “Əliismayıllı” sözü “Alnabat”, “Dikdaş” sözü “Qızıltorpaq”, “Rüstəm Əliyev” sözü isə “Miskinli” sözü ilə əvəz edilsin. Qısa müzakirələrdən sonra qanun layihəsi parlamentin plenar iclasına tövsiyə olunub.
KAMİL



Bu yazı ( 48 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar