12px14px16px18px

Oqtay Əsədov: “Məhz Heydər Əliyevin sayəsində Azərbaycanda möhkəm dövlət qurulub”

MİLLİ MƏCLİSDƏ “HEYDƏR ƏLİYEV XATİRƏ ZALI-5 İL” KİTABININ TƏQDİMAT MƏRASİMİ KEÇİRİLİB

01:07 / 11.05.2012
 “Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında əvəzsiz xidmətləri olub. O Azərbaycan dövlətinin yaradıcısı və qurucusudur”. Bunu dünən parlamentdə “Heydər Əliyev xatirə zalı – 5 il” kitabının təqdimat mərasimində Milli Məclisin sədri Oqtay Əsədov deyib. O qeyd edib ki, məhz Heydər Əliyevin sayəsində Azərbaycanda möhkəm dövlət qurulub: “Parlamentdə Heydər Əliyev xatirə zalını 5 il ərzində 150 nümayəndə heyəti ziyarət edib”. Millət vəkili Rafael Hüseynov Heydər Əliyevin ən yaxın dövrümüzün bütöv tarixinin ən müstəsna siyasətçilərindən olduğunu qeyd edib. “10 may təkcə anım günü deyil, həm də düşünmək üçün əlavə fürsətdir. O, çox qurucu əməllərin altına imza atıb. Amma onun bizə miras qoyduğu ən böyük sərvət var ki, bu da Azərbaycan dövlətidir”-deyə,o sonra bildirib. Millət vəkili gələn il Heydər Əliyevin 90 illiyi ilə bağlı parlamentin tədbirlərinə start verilməsini təklif edib. O həmçinin Heydər Əliyevin spikerliyi ilə bağlı parlamentdə bir saatlıq tammetrajlı filmin çəkilib nümayiş olunmasını da təklif edib. Digər millət vəkili Hadi Rəcəbli də Heydər Əliyevin sözün əsl mənasında Azərbaycan dövlətinin qurucusu olduğunu vurğulayıb: “Milli Məclisin binası da onun hakimiyyəti dövründə tikilib”. KAMİL


Bu yazı ( 95 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar