12px14px16px18px

“Təhlükəsizlik Şurasına sədrlik beynəlxalq missiyanı öz üzərimizə şərəflə götürməyimizdən xəbər verir”

01:03 / 11.05.2012
“Azərbaycanın BMT Təhlükəsizlik Şurasına sədrlik etməsi beynəlxalq missiyanı öz üzərinə şərəflə götürdüyündən xəbər verir”. Bu fikri mətbuata açıqlamasında Yeni Azərbaycan Partiyasının sədr müavini- icra katibi Əli Əhmədov deyib. Ə.Əhmədovun bildirdiyinə görə, Azərbaycanın xarici siyasəti bütövlükdə sülhə və təhlükəsizliyə dəstək verməkdən ibarətdir. “Azərbaycana qarşı təcavüz edilməsinə, Azərbaycanın bu təcavüzün qurbanına çevrilməsinə baxmayaraq, biz sülh uğrunda mübarizə aparırıq və ölkəmiz BMT TŞ-yə sədrliyi dövründə götürdüyü şərəfli missiyasını yerinə yetirir. Güman edirəm ki, Azərbaycanın bu missiyanı yerinə yetirməsi istiqamətində atdığı addımlar bütün dövlətlər tərəfindən qəbul olunacaq. Azərbaycan ədalət uğrunda mübarizə aparacağını bəyan edib” –deyə, Ə.Əhmədov sonda qeyd edib. KAMİL


Bu yazı ( 87 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar