12px14px16px18px

Vitse-spiker: “Azərbaycanın sözə və ələ baxan dövlət olmaması bəzilərini heç cür qane etmir”

01:08 / 09.05.2012
“Azərbaycanı qonşu olduğu dövlətlə – İran üz-üzə qoymaq və bununla da gücdən salmaq istəkləri hər zaman olub. Azərbaycan isə daim açıq şəkildə bəyan edib ki, o, öz ərazisindən heç bir qonşu dövlətə qarşı istifadə edilməsinə imkan verməyəcək”. Bunu Milli Məclis sədrinin müavini Bahar Muradova dilə gətirib. Vitse-spiker qeyd edib ki, bu, Azərbaycan dövlətinin rəsmi mövqeyidir: “Bu da hər zaman səslənir və mən hesab edirəm ki, bu rəsmi mövqe əsas götürülməlidir. Azərbaycanın getdikcə artan nüfuzu və söz sahibinə çevrilməsi, başıaşağı, sözəbaxan, ələbaxan bir dövlət olmaması öz siyasətini müstəqil yeritməsi bəzilərini qane etmir. Kiçik dövlətlərin, sayca az olan xalqların idarə olunması böyüklərin qarşısında hər zaman bir məqsəd kimi durur. Yəni, onlar regionda həm coğrafi, həm siyasi əhəmiyyəti olan ölkələrin özlərinin mövqeyinə yaxın bir siyasət yeritməsini istəyirlər. Təbii ki, bu Azərbaycanın maraqlarına uyğun deyil. Bəlkə də bu, məqsədli təzyiq deyil. Böyük dövlət burada öz marağını güdür. Bu marağın qarşısında dayanan amil nədirsə, onu sıradan çıxartmaq istəyəndə o bizə qarşı təzyiqə çevrilir. Düşünülməsin ki, yalnız Azərbaycana təzyiq göstərmək kimlərinsə marağındadır. Onlar ölkələrinin maraqlarını yeridirlər və bizim maraqlarımızla toqquşanda biz də öz marağımıza uyğun mövqeyi ortaya qoyuruq”. KAMİL


Bu yazı ( 119 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar