12px14px16px18px

“Fransanın yeni prezidenti ilə əməkdaşlıq davam edəcək”

01:08 / 09.05.2012
“Fransanın yeni prezidentindən Qarabağ probleminin həllində ciddi dönüş gözləməyə dəyməz”. Bunu mətbuata açıqlamasında millət vəkili, Milli Məclisin Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə İşçi Qrupunun üzvü Fuad Muradov Fransa ilə ölkəmiz arasında mövcud münasibətlərin perspektivini şərh edərkən bildirib. F. Muradovun dediyinə görə, Fransada hakimiyyətin dəyişməsi Azərbaycanla əlaqələrə ciddi təsir göstərməyəcək. Millət vəkili qeyd edib ki, Azərbaycan-Fransa münasibətləri ümumi maraqlar əsasında qurulub: “Bu baxımdan, hakimiyyətdə kimin olmasından aslı olmayaraq, istər parlament səviyyəsində, istərsə də ölkə başçıları səviyyəsində əməkdaşlığımızı davam etdirəcəyik. Hesab edirəm ki, biz Fransanın yeni hakimiyyəti ilə əməkdaşlığımızı davam etdirəcəyik. Bildiyimiz kimi, Fransa həmsədr ölkələrdən biridir. Təbii ki, mütəmadi olaraq bu ölkə ilə sıx əlaqədə olmalıyıq. Son zamanlar Fransada keçirilən mədəni tədbirlər buna əsas verir ki, biz bir-birimiz daha da yaxşı tanıyaq. Ümid edirəm ki, yeni hakimiyyətlə bizim yaxşı əməkdaşlığımız formalaşacaq”.Fransua Ollandın Fransaya yeni prezident seçilməsini müsbət qiymətləndirən millət vəkili həmsədr ölkənin bundan sonrakı proseslərdə Qarabağ münaqişəsinin həllində nümayiş etdirəcəyi mövqedə ciddi dəyişikliyin olmayacağını da bildirib. Millət vəkili vurğulayıb ki, yeni hakimiyyət daha çox daxili məsələlərin həllinə can atacaq: “Biz çalışmalıyıq ki, Fransanın yeni hakimiyyətinə Qarabağ həqiqətlərini fəal şəkildə çatdıraq. Geosiyasi vəziyyətə gəlincə, Fransa kimi ölkələr öz xarici siyasətlərini daxili məsələr əsasında qurmurlar. Onların dövlət olaraq öz mövqeləri var. Təbii ki, bu istiqamətdə yeni metodlar mütləq olacaq. Çünki hakimiyyətə gələn partiyanın da öz siyasi prioritetləri var. Qarabağ probleminin həllində ciddi dönüş gözləməyə dəyməz. Amma buna baxmayaraq, dostluq-qardaşlıq əlaqələrimizi davam etdirərək Fransa hakimiyyətinə Qarabağla bağlı dolğun bilgilər verməliyik. Həmçinin Fransanın ATƏT-in Minsk qrupunda fəallığına səy göstərməliyik”. KAMİL


Bu yazı ( 120 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar