12px14px16px18px

Səməd Seyidov: “Azərbaycanın beynəlxalq münasibətlərdə yeni mərhələsinin səhifəsi açılır”

11:18 / 08.05.2012
“Müstəqilliyinin 20-ci ilində Azərbaycan BMT Təhlükəsizlik Şurasına üzv seçilib və bu gün həmin təşkilata sədrlik edir. Bu, özlüyündə ölkəmizin ötən illər ərzində dünya siyasi xəritəsində yerinə, gücünə və təsirinə dəlalət edən hadisədir”. Bu fikirləri hakim partiyanın saytına açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib. S.Seyidov bildirib ki, dünyada güc sahibi olan aparıcı dövlətlərlə əhatə olunan BMT Təhlükəsizlik Şurasında sədrlik etmək hər bir ölkəyə nəsib olmur. Onun dediyinə görə, eyni zamanda, yeni müstəqillik qazanmış və öz inkişaf dövründə çətin, mürəkkəb tarix yaşayan ölkə üçün bu fakt tarixi hadisə kimi mütləq qiymətləndirilməlidir. “Azərbaycanın təşkilata sədrliyi dövründə cənab Prezidentin müəyyən etdiyi prioritetlər, dövlət başçısının BMT Təhlükəsizlik Şurasında çıxışı zamanı vurğuladığı məsələlər faktiki olaraq yalnız Azərbaycanın fəaliyyət proqramına yox, dünyanın aparıcı ölkələrinin və müasir tələblərə cavab verən bir gündəmin ortaya qoyulması məsələsidir. Ona görə də, mən bu hadisəni yüksək qiymətləndirərək hesab edirəm ki, bu hadisə Azərbaycanın beynəlxalq münasibətlərində yeni mərhələnin səhifəsini açır”- deyə, komitə sədri sonra vurğulayıb.
KAMİL




Bu yazı ( 43 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar