12px14px16px18px

Azərbaycan BMT Təhlükəsizlik Şurasına sədrlik etdi

BMT TƏHLÜKƏSİZLİK ŞURASININ AZƏRBAYCANIN SƏDRLİYİ İLƏ KEÇİRİLƏN İLK İCLASINDA SUDAN VƏ CƏNUBİ SUDANLA BAĞLI QƏTNAMƏ QƏBUL OLUNDU

01:04 / 04.05.2012

Azərbaycan Prezidenti İlham Əliyev mayın 2-də Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərinə işgüzar səfərə gədib. APA-nın məlumatına görə, səfərin məqsədi Azərbaycan Respublikasının BMT-yə üzv qəbul olunmasının 20-ci ildönümü ilə bağlı tədbirdə və BMT Təhlükəsizlik Şurasının yüksək səviyyəli iclasında iştirak etməkdir.
Qeyd edək ki, mayın 2-də BMT Təhlükəsizlik Şurasının Azərbaycanın sədrliyi ilə ilk iclası keçirilib. APA-nın BMT-nin İnformasiya Mərkəzinə istinadən yaydığı məlumata görə, iclasda Sudan və Cənubi Sudandan hərbi əməliyyatları dayandırmağı tələb edən qətnamə qəbul olunub. Təhlükəsizlik Şurası tərəfləri razılaşdırılmamış məsələlərlə bağlı danışıqları başa çatdırmağa çağırıb, əks təqdirdə BMT bu ölkələrlə bağlı müvafiq tədbirlər görəcək.
Xartum və Djuba 48 saat ərzində bu tələblərin yerinə yetirilməsi ilə bağlı Afrika İttifaqı Komissiyasının sədrini və BMT Təhlükəsizlik Şurasının sədrini məlumatlandırmalıdır. Təhlükəsizlik Şurasının qətnaməsində silahlı qüvvələri öz sərhədlərinin hüdudlarına çəkmək, digər dövlətə qarşı çıxış edən üsyançı qruplaşmalara dəstəyi dayandırmaq, düşmənçilik təbliğatına son qoymaq kimi tələblər də yer alıb. Hər iki ölkə bu qətnamə qəbul olunduqdan keçən iki həftə ərzində danışıqları bərpa etməli və həllini tapmayan bütün məsələlər, o cümlədən neft məsələsi üzrə dialoq 3 ay ərzində başa çatmalıdır.



Bu yazı ( 128 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar