12px14px16px18px

Ziyafət Əsgərov: "Bəzi qüvvələr bizim uğurlarımızı həzm edə bilmirlər"

11:57 / 02.05.2012
"Bəzi qüvvələr, bir sıra beynəlxalq təşkilatlar, o cümlədən müəyyən dövlətlər Azərbaycanın inkişafını həzm edə bilmirlər, onun inkişafına paxıllıq edirlər".Bunu mətbuata açıqlamasında Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov deyib. O qeyd edib ki, Azərbaycan son 20 ildə çox böyük uğurlara, inkişafa nail olub: "Məsələn, son bir il ərzində Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Yaxın günlərdə "Eurovision" yarışması keçiriləcək. Sentyabrda isə Azərbaycanda 17 yaşlı qadınlar arasında futbol üzrə dünya çempionatı baş tutacaq". Z.Əsgərovun fikrincə, bu uğurlar heç şübhəsiz həmin qüvvələri qıcıqlandırır: "Bizim uğurlarımıza qısqanclıqla yanaşırlar deyə, biz inkişaf etməyəkmi, uğurlara nail olmayaqmı? Mən bu cür uğurların, inkişafın, üzündən həmin qüvvələr son dövrlə Azərbaycana qarşı hansı təbliğatla məşğul olur, ölkəmizin imicinə kölgə salmağa çalışırlar. Onlar heç zaman öz niyyətlərinə nail ola bilməyəcəklər. Biz öz inkişafımızı bundan sonra da davam etdirəcəyik".
KAMİL



Bu yazı ( 59 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar