12px14px16px18px

“Putinin yenidən prezident seçilməsi əlaqələrimizi daha da genişləndirəcək”

13:47 / 08.03.2012
“Azərbaycanla Rusiyanın münasibətləri strateji tərəfdaşlıq səviyyəsindədir. Vladimir Putinin Rusiyanın prezidenti seçilməsi dövlətlərimiz arasında iqtisadi, siyasi, humanitar və digər sahələrdə əlaqələri daha da genişləndirəcək”. Bu fikirləri mətbuata açıqlamasında YAP icra katibinin müavini, Milli Məclisin üzvü Mübariz Qurbanlı deyib. M.Qurbanlı hesab edir ki, V.Putinin həyata keçirdiyi siyasət varislik prinsipinə söykənəcək. Millət vəkilinin sözlərinə görə, yeni dövlət başçısı yenə eyni siyasi mövqeni Rusiyanın xarici siyasətində davam etdirəcək.
“Fikrimcə, V.Putin Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində praqmatik siyasət həyata keçirəcək. Onun təşəbbüsü ilə Rusiya münaqişənin nizamlanması ətrafındakı danışıqlar prosesində də səylərini fəal şəkildə artıracaq. Hesab edirəm ki, Rusiyanın yeni prezidentinin təşəbbüsü ilə münaqişənin həlli ilə əlaqədar ciddi qərarlar qəbul oluna bilər. Bizim problemlə bağlı gözləntilərimiz yalnız ədalətin bərqərar olması ilə əlaqədardır və burada Rusiyanın mövqeyi xüsusi əhəmiyyət kəsb edir”- deyə, YAP icra katibinin müavini vurğulayıb.
KAMİL



Bu yazı ( 126 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar