12px14px16px18px

“Regionların inkişafı ilə bağlı ciddi nəticələr əldə edilib”

13:46 / 08.03.2012
“Son illər Azərbaycan regionlarının inkişafı ilə bağlı ciddi nəticələr əldə edilib. Təbii ki, bu prosesdə regionların sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət Proqramının uğurla həyata keçirilməsi başlıca rol oynayır”. Bu fikirləri mətbuata açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib. E.İbrahimov bildirib ki, regionların inkişafında sahibkarlara göstərilən dövlət qayğısı da böyük əhəmiyyətə malikdir. Onun sözlərinə görə, sahibkarlığa dövlət qayğısı iqtisadi siyasətin başlıca istiqamətlərindən biridir. E.İbrahimov qeyd edib ki, bu sahə ilə bağlı hüquqi baza da kifayət qədər mükəmməldir. Komitə sədrinin eyni zamanda dediyinə görə, dövlətimiz hər il sahibkarlara güzəştli kreditlər ayırır və Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə bu kreditlərin həcmi hər il artımla müşahidə olunur. “2012-ci ildə isə sahibkarlığın inkişafı üçün 200 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub. Bu dövlətimizin bu sahəyə qayğısının yüksək nümunəsidir. Ötən dövr ərzində sahibkarlara verilən vəsaitin hesabına regionlarda istehsal və emalyönümlü müəssisələrin yaradılması böyük vüsət alıb. Bütün bunların nəticəsində də bölgələrdə xeyli sayda iş yerləri açılıb”- deyə, komitə sədri sonda vurğulayıb.
KAMİL




Bu yazı ( 145 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar