12px14px16px18px

Saakaşvili Milli Məclisdə çıxış edəcək, Süleymanova isə deputatlara hesabat verəcək

08:13 / 07.03.2012
Parlamentin yaz sessiyasının növbəti plenar iclası bu gün keçiriləcək. Milli Məclisdən verilən məlumata görə, bugünkü iclasda 13 məsələyə baxılacaq.İclasın gündəliyinə salınan məsələlər isə bunlardır: Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın)-Elmira Süleymanovanın illik məruzəsi haqqında; “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş); “Azərbaycan Respublikası Hökuməti və Litva Respublikası Hökuməti arasında diplomatik pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi” Sazişinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanunun layihəsi haqqında; “Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı və Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliklərinin yerləşdirilməsi üçün qarşılıqlı olaraq daşınmaz əmlakın ayrılması haqqında” Sazişinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanunun layihəsi haqqında; “Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması və müdafiə sahəsində tədbirlər haqqında” Sazişdə dəyişikliklər edilməsi barədə Protokolun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə; “Azərbaycan Respublikası Hökuməti və İsrail Dövləti Hökuməti arasında gömrük işi sahəsində qarşılıqlı yardım haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanunun layihəsi haqqında; “Azərbaycan Respublikası Hökuməti və Bolqaristan Respublikası Hökuməti arasında məxfi informasiyaların qarşılıqlı mühafizəsi və mübadiləsi haqqında” Sazişinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanunun layihəsi haqqında; “Cinayətkarlıqla mübarizə sahəsində məlumat mübadiləsi haqqında” Sazişinin təsdiq edilməsi barədə, Azərbaycan Respublikası qanunun layihəsi haqqında; Azərbaycan Respublikasının Tovuz rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanunun layihəsi barədə; Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqında Azərbaycan Respublikası qanunun layihəsi haqqında; “Azərbaycan Respublikası gömrük orqanlarının tanınma nişanı haqqında” Azərbaycan Respublikası Qanununun ləğv edilməsi barədə Azərbaycan Respublikasının layihəsi haqqında; “Azərbaycan Respublikası gömrük orqanlarının bayrağı haqqında” Azərbaycan Respublikası Qanununun ləğv edilməsi barədə Azərbaycan Respublikasının layihəsi haqqında; “Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Eyni zamanda qeyd edək ki, bugünkü iclasda Azərbaycanda ikigünlük rəsmi səfərdə olan Gürcüstan prezidenti Mixail Saakaşvilinin iştirakı və çıxışı da nəzərdə tutulur.
Gürcüstan prezidenti sabah Milli Məclisin sədri Oqtay Əsədovla görüşdən sonra parlamentin plenar iclasının səhər iclasına qatılacaq və təxminən 30 dəqiqəlik çıxış edəcək.
Kamil HƏmzƏoğlu



Bu yazı ( 124 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar