12px14px16px18px

Rafael Hüseynov: “Daşlar üzərində həkk olunmuş yazılar da Azərbaycanın tarixi-mədəni sərvətidir”

07:21 / 06.03.2012
“Yazılı abidələr haqqında” qanun layihəsi hazırlanıb. Bu haqda “525”ə məlumat verən sözügedən qanun layihəsinin müəllifi, parlamentin Mədəniyyət komitəsinin sədr müavini Rafael Hüseynov bildirib ki, həmin sənəd Azərbaycanda olan yazılı abidələri, tarixi sənədləri qorumağa yönəlib. R.Hüseynovun sözlərinə görə, qanun dörd istiqaməti əhatə edir – Azərbaycanın əlyazma sərvəti, səs yazıları sərvəti, film yazıları sərvəti, daş yazıları. “Əlyazma sərvəti Nəsrəddin Tusi kimi alimlərin, tarixçilərin əlyazma əsərlərinin qorunmasına yönələcək. Azərbaycanın XX-ci əsrin əvvəlindən vallarda saxlanılan xeyli qiymətli musiqi eksponatları var, həmçinin filmotekanın arxivində dəyərli yazılar saxlanılır. Onların da qanunla qorunmasına ehtiyac var”-deyə,R. Hüseynov bildirib. Komitəni sədr müavinin dediyinə görə, xüsusən də Qobustan rayonu ərazisində, daşlar üzərində həkk olunmuş yazılar da Azərbaycanın tarixi sərvətidir: “Bunun yalnız mənəvi tərəfdən deyil, siyasi baxımdan da böyük əhəmiyyəti var. Eyni zamanda, Alban dövrünün abidələrinə ermənilər özününküləşdirməyə çalışırlar. Onların gələcəkdə qanunla qorunması təmin olunacaq”.
Kamil HƏmzƏoğlu



Bu yazı ( 113 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar