12px14px16px18px

Bahar Muradova: “Qubada baş verənləri üsyan kimi qiymətləndirmək cəfəngiyatdır”

02:08 / 03.03.2012
“ İnsanların, vətəndaşların bu və ya digər məsələlərə, problemlərə, sosial narazılıqlara fikir bildirməsi normal haldır və hər kəsin konstitusion hüququdur ”. Bunu “525”-ə açıqlamasında Milli Məclisin vitse-spikeri Bahar Muradova Qubada martın 1-də baş verən hadisələri şərh edərkən deyib. Bununla belə, o qeyd edib ki, ancaq Qubada baş verən hadisələri bəzi müxalif dairələrin inqilab və ya üsyan kimi qiymətləndirməsi doğru deyil, bunlar tamamilə əsassız fikirlər və cəfəngiyatdır: “Qubada baş verən hadisə günü eynilə Parisdə də 15-ə yaxın aksiya baş vermişdi. Bəs o zaman bunu necə qiymətləndirmək olar? Ona görə bu kimi məsələləri inqilabla, üsyanla əlaqələndirmək heç bir halda doğru deyil”. Qubada baş verən məlum hadisələrdə xarici qüvvələrin əli olması barədə məsələyə gəldikdə isə B.Muradova bu barədə konkret fikir söyləyə bilməyəcəyini deyib, amma onun fikrincə, noyabr ayında olan çıxışın indi yayımlanması müəyyən müthəm məqamlardan xəbər verir: “Yenə də dəqiq deyə bilmərəm ki, burada kimin əli ola bilər. Ancaq hüquq- mühafizə orqanları araşdırma aparır və hər şey bundan sonra aydın olacaq”.
KAMİL


Bu yazı ( 202 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar