12px14px16px18px

Sinan Oğan: “Taksim aksiyası Azərbaycan və Türkiyə birliyinin ən yüksək nöqtəsi oldu”

02:08 / 03.03.2012
 “Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı Taksimdə izdihamlı aksiya bütövlükdə hər bir türk insanına, türk vətəndaşına dərin təsir göstərdi”.Bunu “525”ə açıqlamasında Türkiyənin Milliyyətçi Hərəkat Partiyasından olan millət vəkili Sinan Oğan deyib. O qeyd edib ki, 20 ilə yaxın müddət ərzində Xocalı soyqırımı, Qarabağ hadisələri ilə bağlı Türkiyə dövlətinin, ictimaiyyətinin böyük çalışmaları olub: “Türkiyənin hər bir yerində bu aksiya əks-səda doğurdu. Bu, bir daha Türkiyə və Azərbaycanın həm ağır, həm şad günlərdə bir yerdə olduğunu, bütövlüyünü, həmrəyliyini dünyaya nümayiş etdirdi və Taksim aksiyası bu birlik, bərabərliyin, bütövlüyün ən yüksək nöqtəsi oldu”. Bununla belə, S.Oğan vurğulayıb ki, eyni zamanda, ermənilərə yaxın olan müəyyən dairələr bundan çox ciddi narahatçılıq keçirdilər: “Onlar müxtəlif qəzetlərdə bu aksiyanın üzərinə kölgə salmaq istədilər. Aksiyada müəyyən şüarlar səsləndirərək, onu aşağılamağa çalışdılar. Amma öz istəklərinə nail ola bilmədilər. Azərbaycan və Türkiyə bu gün və gələcəkdə də həm acılarında, həm də sevincdə bir olub və bir olacaq”.
Kamil HƏMZƏOĞLU


Bu yazı ( 195 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar