12px14px16px18px

Hadı Rəcəbli: “Nikaha girənlər arasında mülkiyyət müqaviləsi bağlanmalıdır”

14:50 / 02.03.2012
 
“Son vaxtlar Azərbaycanda boşanma halları artıb. Boşanmaların 70 faizə qədərində məhkəmə münaqişələri yaranır. Burada əsas münaqişə isə mülkiyyətlə bağlı olur. Ötən il Azərbaycanda 9 minə yaxın boşanma faktı qeydə alınıb k, bunun təxminən 7-8 minində mülkiyyət münaqişəsi baş verib”. APA-nın məlumatına görə, bunu jurnalistlərə Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli deyib O bildirib ki, boşanma halları zamanı çox zaman əziyyət çəkən tərəf qadınlar olur: ”Gəlin uşaqla çölə atılır və ona heç bir mülkiyyət qalmır. Çünki gəlin nikaha girəndə oğlanın atasının evinə gəlir. Ev atanın adına olduğundan belə məsələlər öz həllini tapmır”.
H. Rəcəbli qeyd edib ki, hazırda cəmiyyət nikaha girənlərin mülkiyyət müqaviləsi bağlamalarının məcburi olmasını tələb edir: “Sosial sifariş onu tələb edir ki, bu müqavilələrin bağlanması məcburi olsun. Hazırda bu normanın qanunda tətbiqi üçün formalar axtarılır. İstəyirik ki, nikaha girənlər öz mülkiyyətləri haqqında bir-birlərinə məlumat versinlər və bu, əqd halında rəsmiləşsin”.
 
 
 
 



Bu yazı ( 79 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar